MSK bələdiyyə seçkilərini bu tarixdə elan EDƏCƏK

 17:42 25.11.2024     106

Azərbaycan Respublikası növbəti bələdiyyə seçkilərinin astanasındadır.

Redaktor.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) 26 noyabr 2024-cü il tarixində iclas keçirəcək.

Həmin iclasda növbəti bələdiyyə seçkilərinin vaxtının elan olunacağı gözlənilir. Qanunvericiliyə görə, səsvermə tarixi MSK tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Belə olanda halda bələdiyyə seçkilərinin 2025-ci ilin əvvəllərində keçiriləcəyi gözlənilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bundan əvvəl bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.

Xatırladaq ki, bələdiyyə seçkiləri 5 ildən bir keçirlir. Sonuncu bələddiyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.