70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs EDİLDİ

 22:50 25.11.2024     47

Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Redaktor.az-ın xəbərinə görə, müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.