"Qusarda bəzi kəndlər qazsız qalıb" - Deputat
"Dövlət büdcəsi hər bir ölkənin iqtisadi-siyasi, sosial rifahını təşkil edən sənəddir. Son illərdə ölkəmizdə həyata keçirilən islahatlar əhalinin yaşayışı, dövlət rifahının yaxşılaşdırılması üçündür".
Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov parlamentin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
"Büdcə tərtib edilərkən yalnız qısa deyil, uzunmüddətli səmərəlilik nəzərə alınır. Qusarda qaz problemi var ki, bəzi kəndlər qazsız qalıb. Bundan başqa, bəzi məktəblər təmirsiz, yararsızdır. O cümlədən şəhərdə "Bənövşə gülü" su anbarının təmirə ehtiyacı var", - deyə o əlavə edib.
Türkan İSGƏNDƏRLİ