Kürdəmirin bəzi qəsəbələrində təmirsiz məktəblər var - Millət vəkili
"Kürdəmir rayonunda son dövrlərdə yeni binalar tikilib, təmir edilib. Amma rayonun Karlar, Pirli qəsəbələrində hələ də yararsız, təmirsiz məktəblər var".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Əminə Ağazadə parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
"Digər məsələ Kürdəmir rayon İncəsənət Məktəbi ilə bağlıdır. Bu binada bir çox şagird, uşaq var ki, nailiyyətlər qazanıblar. Ancaq təəssüf ki, bu bina da təmirsizdir. Həmçinin vaxtı ilə rayonda uşaq bağçasının təmiri üçün büdcə ayrılıb, amma yerinə yetirilməyib. Bunun yerinə yetirilməsi vacibdir", - deyə Ə.Ağazadə qeyd edib.
Türkan İSGƏNDƏRLİ