Balakəndə təsərrüfatın suvarılması üçün meliorasiya tədbirləri aparılmalıdır - Nəsib Məhəməliyev

"2025-ci ilin dövlət büdcəsi müstəqilillik ilinin ən böyük büdcəsidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Nəsib Məhəməliyev deyib.
"Balakən rayonunda 2019-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər həyata keçirilməyib. Bunlar məktəblər, idman kompleksi və xəstəxanadır. O cümlədən təsərrüfatın suvarılması üçün meliorasiya tədbirləri aparılmalıdır", - deyə deputat qeyd edib.
Türkan İSGƏNDƏRLİ