Azərbaycanda insanlar dini təhsilə cəlb olunmalıdır - Hikmət Babaoğlu
"Büdcə sənədi akademik sənəd deyil. Yəni hamının əli çatır və oxuyur. Ona görə onun dili sadə olmalıdır".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu parlamentin bugünkü iclasında səsləndirib.
"İctimai şüur işğal edilərsə onu azad etmək olmaz. Azərbaycanda insanlar dini təhsilə cəlb olunmalıdır ki, onlarda milli, ideoloji şüur formalaşsın. Buna görə də Azərbaycandan kənarda yaşayan vətəndaşlar dövlət hesabına təhsilə cəlb edilməlidir. Həm də vətəndaş cəmiyyəti institutları həm maliyyələşdirilməli, həm də yenilənməlidir", - millət vəkili qeyd edib.
Türkan İSGƏNDƏRLİ