"Cəlilabadda 118 kənddən 63-də qaz yoxdur" - Millət vəkili

 13:06 26.11.2024     373

"İşğaldan azad olunmuş ərazilərə qayıdış dövlətimizin əsas prioritetlərindəndir. Bunun üçün ilin sonuna qədər 19 milyard manatın ayrılması nəzərdə tutulur".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov parlamentin bugünkü müzakirələrində deyib.

"Cəlilabad rayonunun sakinləri "Azərişıq"dan razılıqlarını bildirsələr də, "Azəriqaz"dan narazılıqlar çoxdur. 118 kənddən 63-də qaz yoxdur. Bölgənin sosial rifahını yaxşılaşdırmaq üçün analoji tədbirlər görülməlidir", - deyə E. Nəsirov qeyd edib.

Türkan İSGƏNDƏRLİ