"Xırda məsələlər haqqında qlobal problem kimi danışırsınız" - Sahibə Qafarova

"Deputatlar problemlərin həllini tapmalıdır".
Redaktor.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputatlara deyib.
"Xırda məsələlər haqqında qlobal problem kimi danışırsınız. Hər bir məsələnin arxasında fakt olmalıdır. Sosial Müdafiə Fondu əhali üçün bir çox işlər görüb", - deyə spiker irad bildirib.
Türkan İSGƏNDƏRLİ