"Gələn il 16 min nəfər peşə hazırlığına cəlb olunacaq" - Sahil Babayev

 12:33 27.11.2024     77

"Elm və Təhsil Nazirliyi ilə birlikdə peşə hazırlığı və insan proseslərinin inkişafı üçün proqram hazırlamışıq".

Redaktor.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında əmək və əhalinin sosial mdafiəsi naziri Sahil Babayev deyib.

"Bu gün 4 mərkəzimiz fəaliyyət göstərir. Gələn il 16 min nəfərin peşə hazırlığına cəlb olunması nəzərdə tutulur. Quba və Qarabağdakı mərkəzlərimiz tezliklə istifadəyə veriləcək. DOST mərkəzinin fəaliyyətinə gəldikdə isə yarandığı gündən bu günə qədər 61 beynəlxalq mükafat əldə edib və Özbəkistan, Moldova, Serbiya və digər ölkələrdə DOST modelindən istifadə olunur", - deyə nazir qeyd edib.

Türkan İSGƏNDƏRLİ