Aeroport yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı - YENİLƏNDİ

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Redaktor.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verilib.
28 noyabr 10:22
***
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Redaktor.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.