Polşa bu hərəkətə aydınlıq gətirməlidir - Deputat

 11:18 29.11.2024     90

"Bu günlərdə Polşa Prezidenti Ermənistana səfər etdi. Buna fikir bildirməmək də olardı. Amma onlar səhv etdilər".

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə parlamentin bugünkü plenar iclasıda deyib.

"Polşa Prezidenti Azərbaycan-Ermənistan sərhədinə gedərək, "Binokl diplomatiyası"na qoşuldu. Bizim Polşa ilə əlaqələrimiz yaxşıdır, bu hərəkət nə dərəcədə düzgündür? Çox istərdim Polşa bu hərəkətə aydınlıq gətirsin".

Türkan İSGƏNDƏRLİ