"COP29-un Azərbaycanda keçirilməsinə qarşı olanlar çox idi" - Deputat
"COP29-la bağlı müzakirələr həm milli, həm də beynəlxalq səviyyədə aparılır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin 29 noyabr tarixində keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.
"Burdan belə bir nəticəyə gəlmək olar ki, tədbirin keçirilməsi heç də asan başa gəlmədi. Yəni Azərbaycan bu sammitə çox az vaxtda hazırlaşıb. Başqa bir çətinlik isə o idi ki, dünyada buna qarşı olanlar çox idi. Bütün bu çətinliklərə rəğmən tədbir uğurla başa çatdı və buna qarşı olanlara cavab verildi".
Türkan İSGƏNDƏRLİ