"Zorakılıq edən şəxs reabilitasiyaya cəlb olunmalıdır" - Millət vəkili

 12:48 29.11.2024     157

"Həssas qrupa aid olan əhali dövlət tərəfindən qorunur".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Nigar Məmmədova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Zorakılıq evdə bir nəfərə qarşı olursa, digər ailə üzvləri də bundan təsirlənir. Təklif edərdim ki, ölkədə psixoloqlar monitorinqdən keçirilsin. Yeni təhsilli psixoloqlar işə götürülməlidir. Psixoloqlar kateqoriyaya bölünür, uşaq, ailə, idman və s. Psixoloqlar hər tərəfli inkişaf etməlidirlər ki, problemlərə bir pəncərədən baxıb həll yolu tapmasınlar", - deyə N.Məmmədova qeyd edib.

Onun sözlərinə görə, məişət zorakılığı edən şəxslər ictimai qınağa məruz qalmalıdır: "Zorakılığa məruz qalanlarla yanaşı, zorakılıq edən şəxs də reabilitasiyaya cəlb olunmalıdır ki, səhvini başa düşməyə kömək olsun".

Türkan İSGƏNDƏRLİ