Sürücülərin DİQQƏTİNƏ!: Görmə məsafəsi MƏHDUDLAŞACAQ

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dekabrın 2-də əsasən ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.