Daşkəsən ağ örpəyə BÜRÜNDÜ
Dekabrın 2-də Daşkəsən rayonuna günorta saatlarından qar yağmağa başlayıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Redaktor.az xəbər verir ki, Daşkəsən şəhərində yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yaranmamışdır.
Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.