"Ölkəmizi iqtisadi cəhətdən zəif kimi qələmə verən Əli Kərimlilər, İsa Qəmbərlər tükənmir" - Deputat
"Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr qarayaxma kampaniyalarına davam edir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
"Azərbaycanı iqtisadi cəhətdən zəif, gücsüz kimi qələmə verən Əli Kərimlilər, İsa Qəmbərlər tükənmir. Əgər müharibə olmasaydı, torpaqlarımız işğal altında qalmasaydı, bu gün həmin ərazilərə vəsait ayrılmazdı. Vaxtikən vəsait məktəblərə, kənd təsərrüfatına ayrılardı. İndi təmirsiz məktəb qalmazdı, bölgələrdə kənd təsərrüfatı inkişaf edərdi.
Amma yenə də biz bunun öhdəsindən yaxşı gəldik, dövlət büdcəsinin geniş hissəsi sosial rifahın yaxşılaşdırılması üçün ayrılıb, şəhid, qazi ailələrinə yardımlar edilir. Təhlükəsizliyin təmin olunması üçün işlər görülür", - deyə komitə sədri qeyd edib.
Türkan İSGƏNDƏRLİ