Bu metrostansiyalarda nəzarət tədbirləri GÜCLƏNDİRİLDİ

 19:22 04.12.2024     137

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.

Metropolitendən Redaktor.az-a verilən məlumata görə, yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Hazırda "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.