"Kupça" verilməyən torpağı bu şəkildə sənədləşdirmək olar - Ekspert həll yolunu GÖSTƏRDİ

 16:52 05.12.2024     544

"Həmin torpaq sahəsi ilə vətəndaşlar hüquq müəyyənedici sənədlər təqdim etmirlərsə, bu torpaqlara dövlət reyestrindən çıxarış, yəni el arasında "kupça" adlandırılan sənəd verilmir. Bəzən görürsən ki, vətəndaşlar bələdiyyə sənədini gətirir ki, filan bələdiyyə mənə bu qədər torpaq sahəsi satıb. Vətəndaşın sənədinə baxdıqda müəyyən olunur ki, bələdiyyənin verdiyi torpaq sahəsi sadəcə kağızdan başqa bir şey deyil".

Bu barədə Redaktor.az-a əmlak eksperti Ramil Qasımzadə hansı torpaqlara "kupça" verilməməsindən danışarkən bildirdi:

"Bunun alt sənədləri, hüquq müəyyənedici sənədləri, bələdiyyənin verdiyi sərəncamda torpaq sahəsinin satılması və alınması ilə bağlı qəbz mövcuddursa, o vaxtkı Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaqlarınn vətəndaşa satılmasına dair razılıq məktubu varsa, bu halda o vətəndaşa "kupça" verilə bilər. Bir çox hallarda, hətta torpaq satılması deyil, alınması barədə də bələdiyyə qərarları əsasında vətəndaşın torpaq sahəsinə çıxarış verilmir. 2007-ci ildən sonra isə bələdiyyələr torpaqları çıxarışla öz mülkiyyətinə keçirir. Həmin torpaq sahəsi vətəndaşa yalnız hüquq müəyyənedici sənədləri düzgün olduğu halda çıxarışla satıla bilər".

Kirayə mənzil bazarında BAHALAŞMA: Qiymətlər nə zamanadək yüksək olacaq? –  Ekspert AÇIQLAYIR – Yeni Çağ Media

Ekspert bildirdi ki, əgər əmlak sahibinin hüquq müəyyənedici sənədi yoxdursa, bunları toplamalıdır:

"Məsələn, adamın torpağı var, o vaxtı bələdiyyə verib, amma Dövlət Reyestr Xidmətinə müraciət edir və bildirirlər ki, bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Bu halda vətəndaş ilk növbədə bələdiyyəyə müraciət etməlidir. Əgər həmin yerdə yaşayırsa, bələdiyyə də həmin torpaq sahəsinin ona məxsus olmasını sübut edən sənədləri təqdim etməlidir. Əgər təqdim etməsə, onda şəxs məhkəməyə baş vurmalıdır. Məhkəmə vasitəsilə torpağın ona məxsusluğu isbat olunmalıdır. Bir çox hallarda bələdiyyələr yenidən hərrac keçirir. Bu hərrac vasitəsilə vətəndaşın torpağını bir daha özünə satır və bununla da məsələni həll edirlər. İstənilən halda hüquq müəyyənedici sənədlər olmadıqda vətəndaş həmin torpaq sahəsinə dair çıxarış ala bilmir".

Sevinc İBRAHİMZADƏ