Bakıda bu taksilərdə POS-terminallar QURAŞDIRILDI

“Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.
Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.
Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.
Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.