"20 Yanvar"dan Sumqayıta işləyəcək avtobuslar bu dayanacaqlarda saxlayacaq - SİYAHI
“İctimai nəqliyyatın inkişafı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,onun tabeliyində olan Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan əsas istiqamətlərdən biri xidmətin əhatə dairəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlıdır. Bakı-Sumqayıt yeni ( 594 ) ekspres marşrut xətti də bu istiqamətdə növbəti mühüm addımdır. Yeni xətt 9 dekabr tarixindən fəaliyyətə başlayacaqdır. “BakuBus” MMC-nin istismarına verilmiş yeni ekspres marşrut xətti üzrə interval 8 dəqiqə təşkil edəcəkdir. Marşrut xətti üzrə 17 Neoplan markalı avtobuslar fəaliyyət göstərəcəkdir”.
Redaktor.az xəbər verir ki, bu barədə Bakubus MMC-dən bildirilib.
Verilən məlumata görə, səhər saatlarında Sumqayıtdan ilk çıxış vaxtı saat 5:50, Bakıdan ilk çıxış vaxtı isə saat 6:20-dir. Axşam Bakıdan son çıxış vaxtı 23:00, Sumqayıtdan son çıxış vaxtı isə 22:30 olacaqdır:
“Sumqayıt Avtovağzalından yola düşən avtobusların dayanacaq məntəqələri -Sumqayıt Avtovağzalı, Bağçalı evlər y/k, Sumqayıt dairəsi Ceyranbatan qəs, son dayanacaq məntəqəsi isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib. Əks istiqamətdə avtobuslar eyni dayanacaqlar üzrə, son dayanacaq nöqtəsi isə “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanacaqdır.
Yeni ekspres xətt üzrə gediş haqqi 80 qəpik təşkil edəcəkdir. “BakuBus”- MMC-nin istismarında olan bütün marşrut xəttləridə olduğu kimi, bu xəttdə də ödəniş BakıKart vasitəsilə həyata keçiriləcəkdir.Sərnişinlərin yeni xətt üzrə rahat və təhlükəsiz səyahəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Fürsətdən istifadə edək sərnişinlərə xoş səyahətlər arzulayırıq”.