"Onun digər işçilərlə..." - İcra başçısının müavini intihar edən məmurdan DANIŞDI

 12:19 07.12.2024     244

Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib. Onun intihar etdiyi deyilir. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyətin  hadisəni təsdiq edib.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Redaktor.az  xəbər verir ki, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında intihar edən icra nümayəndəsi ilə bağlı bunları deyib:

"Çox savadlı, ədəbli-ərkanlı, mədəni işçi idi. Eyni zamanda onun çox gözəl gənc ailəsi vardı. Onun digər işçilərlə, əməkdaşlarımızla problemi olmayıb. İntihar etməsinin səbəbini bilə bilmirik. Bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq. Heç ailəsi də nə üçün intihar etdiyini bilmir. Amma narahatçılq heç vaxt sezməmişik. Onun iş yeri kəndə yaxındır. Evə gedib, sonra qayıtmayıb".

Qeyd edək ki, mərhum Şəfiq Əliyev ailəli olub, 1 uşağı var (modern.az).