Yağıntılı hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb.
“Bu da aylıq normanın 81%-ni təşkil edir. Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”.