Seçkilərə namizədlərin sənəd qəbulu bu tarixdə BAŞLAYIR
Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu dekabrın 10-da başlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, müraciətlərin qəbulu dekabrın 30-dək davam edəcək.