Geomaqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Redaktor.az-a bildirilib ki, Günəşin səthində 103 ləkə müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 542 kilometrədək artıb.
Dekabrın 9-dan 15-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.
Günəş küləyinin müsbət qütblü yüksək sürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-dan 11-dək sürətlənəcəyi gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-11-də aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.