"Öz dövlətinin əleyhinə olan şəxsləri biz niyə jurnalist kimi görməliyik?" - Deputat
"Bu gün dünyada harada qan tökülürsə, demokratiya adı altında ört-bas edirlər. Amma saxtakar Qərb informasiya maşını və Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər, sanki demokratiya cihadı edirlər".
Redaktor.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin bügünkü plenar iclasında deyib.
"Siyasi məhbusları ortaya atıblar. Kimdir siyasi məhbus? Öz dövlətinin əleyhinə olan şəxsləri biz niyə jurnalist kimi görməliyik? "Meydan TV" kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə onlar jurnalistdir deyib göz yummalıyıq? Kərimli və Kərimli kimilər, ancaq anti-Azərbaycan siyasəti aparırlar. Niyə onlar Azərbaycanın uğurlu siyasəti, iqtisadiyyatından danışmırlar, niyə digər dövlətlərin ədalətsizliyindən danışmırlar? İndi həmin insanlar Suriyadakı vəziyyəti görüb fərəhlənirlər", - deyə millət vəkili əlavə edib.
Türkan İSGƏNDƏRLİ