"Niyə "Tık-tık xanım", "Göyçək Fatimənin kuklası" yoxdur?" - Deputat

 12:17 10.12.2024     399

"Hüquqi termin uşaqlara münasibətdə özünü göstərir. Yəni yetkinlik yaşına çatmayanlara uşaq demək düzgün deyil".

Redaktor.az xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin bugünkü iclasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Biz həmişə uşaqların tərbiyəsindən danışanda, həmişə 3 faktoru ortaya qoyurduq. İndi buna bir faktor da əlavə olunur, bu infogen faktordu. İnfogen faktor uşaqları bizdən oğurlayacaq, onları ətrafda gördüklərinə, aldığı informasiyaya oxşadacaq. Bunun qarşısını almaq mühümdür. Uşaqlar internetdə filmlər, cizgi filmlərinə baxırlar. Bu filmlər bizim istehsal etdiyimiz yox, xaricdən gələn məhsuldur. Bunlar 25-ci kadrda uşaqlara subliminal mesaj kimi ötürülür. Həmin vaxt uşaqlara səslənəndə onlar bizi eşitmir. İndi "barbie" kimi kuklalar çoxdu və uşaqlar ona oxşamağa çalışırlar. Ancaq "Tık-tık xanım", "Göyçək Fatimənin kuklası" yoxdur", - deyə millət vəkili bildirib.

Türkan İSGƏNDƏRLİ