Bakıda Dünya Ahıska Türkləri Birliyinin qurultayı KEÇİRİLİR

Bakıda "Hilton" otelində Dünya Ahıska Türkləri Birliyinin beşinci qurultayı keçirilir.
Redaktor.az xəbər verir ki, qurultay Türkiyə və Azərbaycan şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsindən və Türkiyə-Azərbaycan dövlət himninin səslənməsindən sonra başlayıb.
Qurultayda ahısqa türkləri ilə bağlı hazırlanan sənədli film təqdim edilib. Hazırda tədbir davam edir.
Vasif ƏLİHÜSEYN