"Cərimələrin qaldırıldığı bu vaxtda pediatr nə etməlidir?" - Qüdrət Həsənquliyev
"Bir insana zərərli olan məhsulun bilə-bilə istehsal olunması ehtiyatsızlıq sayılmır. Bu, artıq qəsdən öldürmə deməkdir".
Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bügünkü iclasında deyib.
"Körpələrin qidalanması haqqında qanun var. Burada qeyd olunur ki, süni qida məhsulunun üzərində yalnız həkim məsləhətilə satılması qeyd olunmalıdır. Bunu reseptdə yazanlar müəyyən qədər cərimə olunur. Ancaq həmin qidaların üzərində qeyd etdiyim kimi ancaq həkim reseptilə satılması yazılıb. Bu, təzadlıdır. Əgər uşağa o qida lazımdırsa, bu necə alınmalı, cərimələrin qaldırıldığı bu vaxtda pediatr nə etməlidir?", - deyə deputat sual edib.
Türkan İSGƏNDƏRLİ