Milli Məclisdə resept müzakirəsi
"Xəstə həkimə müraciət edərkən, həkim bəzi məsləhətlərini reseptə yazmır. Bunu ya şifahi ya da başqa kağızla xəstəyə ötürürlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
"Bu düzgün deyil. Qüdrət Həsənquliyevin sözünə cavab olaraq demək istərdim ki, süni qidaların reseptə yazılmasının qadağan edilməsi bir çox təhlükələrin qarşısını alır".
Milli Məclisin sədri Sahibə Qafarova isə komitə sədrindən soruşub: "Bəs vitaminlərin reseptə yazılması necə həyata keçirilir?"
Əhliman Əmiraslanov: "Vitaminlər insan üçün vacibdir və bu reseptə yazılır. Hətta vitaminlər üçün xüsusi vərəqlər də təqdim olunur".
Türkan İSGƏNDƏRLİ