DTX əməkdaşları Ulu öndərin məzarını ziyarət ETDİLƏR

DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Redaktor.az xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.