Dövlət xəstəxanasının direktor müavini özəl klinika AÇDI

 13:45 12.12.2024     226

TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov yeni şirkət yaradıb.

Redaktor.az xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu "Nəsib Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsiv Xuddam oğludur.

MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru olub (İqtisadiyyat.az).