"Yanlış, süni gözəllik anlayışlarını təbliğ etməyək" - Nazir qadınlara çağırış ETDİ
Səhiyyə naziri Teymur Musayev ziyanlı prosedurlardan uzaq olmaq üçün xanımlara tövsiyə verib.
Redaktor.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Media vasitəsilə çağırış edirik ki, gəlin, gözəllik standartları nə deməkdir hər kəsə düzgün başa salaq. Yanlış, süni gözəllik anlayışlarını təbliğ etməyək. Sağlam insan öz xarici görünüşünə görə problem yaşamamalıdır. Xanımlara ziyan olan prosedurlardan kənar durmağı tövsiyə edirik”, - nazir vurğulayıb.