Quru sərhədlərimiz bu vaxt AÇILA BİLƏR - Deputat DANIŞDI
Azərbaycanda quru sərhədləri koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən bağlıdır və yalnız xüsusi icazələr əsasında keçilə bilir. Cəmiyyətdə belə bir fikir var idi ki, COP29 beynəlxalq tədbiri yekunlaşdıqdan sonra sərhədlər açılacaq. Ancaq sərhədlərinin nə vaxt açılacağı ilə bağlı rəsmi qərar hələ açıqlanmayıb.
Bəs quru sərhədlərimiz niyə hələ də bağlıdır və nə vaxt açıla bilər?
Bu barədə millət vəkili Razi Nurullayev Redaktor.az-a açıqlamasında bildirdi ki, sərhədlərin bağlı qalması ilə bağlı rəsmi mövqe ölkəmizin təhlükəsizliyi ilə bağlıdır.
"Nə zaman açılması isə yəqin ki, o təhlükələrin aradan qalxmasından sonra olacaq. Onun üçün də nə zaman açılmasını söyləyə bilmərəm", - deyə deputat qeyd etdi.
Sevinc İBRAHİMZADƏ