"Bizim televiziyaların ekspertə qonorar ödəmək imkanı yoxdur" - Qulu Məhərrəmli
"Əgər televiziya, radio və ya hər hansı mətbuat qurumu efirə dəvət etdiyi ekspertə pul verə bilirsə, bu çox yaxşıdır".
Bu sözləri Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Redaktor.az-a efirə çağırılan qonağa qonarar verilməsi ilə bağlı danışarkən dedi.
O bildirdi ki, dünya praktikasında bu təcrübə var:
"Tutaq ki, siz "Amerikanın səsi"nə, BBC-yə, CNN-ə onların təşəbbüsü ilə şərh verirsinizsə, sizə ödəniş edirlər. Bizdə də bu təcrübə olub. Məsələn, BBC-yə reportajlar vermişik, bir neçə müddətdən sonra qonorar gəlib. Amma bizim televiziyaların imkanları məlumdur, onların qonorar ödəmək imkanı yoxdur. Bəzən xüsusi hallarda ödənişlər edirlər. Əlbəttə ki, rəmzi də olsa, ödənişin olmağı yaxşıdır, müəyyən bir stimuldur, fərqdir, dəyər verməkdir və s. Amma vermirlərsə də, bu o demək deyil ki, onların ictimaiyyət üçün rolu azdır".
Sevinc İBRAHİMZADƏ