"Seçicilərim dövlət büdcəsindən razılıqlarını bildirdilər" - Elman Nəsirov
"Bir neçə gündən bundan öncə Cəlilabadda seçicilərlə görüşdə oldum. Onlar Milli Məclisdəki müzakirələri izləyirlər. Onlar dövlət büdcəsindən razılıqlarını bildirdilər. Təbii ki, xalq dünyada gedən prosesləri müşahidə edir. Buna görə, onlar təhlükəsizliyə olan vəsaitin daha da artırılmasına dəstəklərini vurğuladılar".
Redaktor.az xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentin bugünkü iclasında bildirdi.
"Son vaxtlar müşahidə edirəm ki, mediada, sosial şəbəkədə neqativləri göstərməyə çalışırlar. Cəmiyyət buna görə müsbət hadisələri görmür", - deyə o, əlavə etdi.
Türkan İSGƏNDƏRLİ