"Qaldırılan bütün məsələlərin hamısı bir ildə həll edilə bilməz" - Baş nazirdən deputatlara CAVAB

 12:23 16.12.2024     450

"Hörmətli deputatlar, sizlər təmsil etdiyiniz regionlarda problemləri həll etmək üçün çıxış edirsiniz. Qaldırılan bütün məsələlərin hamısı eyni zamanda, bir ildə həll edilə bilməz".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"Bunlar yol, kommunal, qaz, işıq və başqalarıdır. Ölkəmizdə qazlaşma 96.6 faizdir. Bu da digər ölkələri qabaqlayır. Paralel olaraq, işğaldan azad edilən ərazilər və Naxçıvanda da qazlaşdırılma işləri gedir. Həmçinin, Naxçıvana Türkiyədən ikinci xətt çəkilir", - deyə hökumət rəhbəri bildirdi.

Türkan İSGƏNDƏRLİ