"Onların ölkədən çıxmasına qadağa qoyulacaq" - Komitə sədri yeni qanundan DANIŞDI

 12:32 16.12.2024     458

"Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə təhlükəsizlik sahəsində işlər aparılır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı dedi.

"Bunlardan biri də hərbi xidmətə çağırışla bağlıdır. Layihəyə əsasən, çağırış vərəqəsi, elektron kabinetlər anlayışları əlavə edilib. Şəxslərin tibbi cavabları həmin kabinetlərə yerləşdiriləcək. Layihədə müddətli çağırış yaşı 35-dən 30-a endirilir. Çağırışcılara 10 gün yox, 3 gün içində cavab veriləcək. Bakalavriat və magistrantların 24-25 yaşda çağırılması nəzərdə tutulur. Çağırışcıların boyun qaçırmasının səbəbi müəyyən olunaraq, onların ölkədən çıxmasına qadağa qoyulacaq", - deyə deputat bildirdi.

Türkan İSGƏNDƏRLİ