Deputat Afət Həsənova icra başçısı ilə birlikdə qəbul keçirdi
32 saylı Suraxanı üçüncü seçki dairəsindən millət vəkili Afət Həsənova Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyev ilə birlikdə 154 saylı tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib.
Bildirilib ki, görüşdə sakinləri narahat edən problemlər dinlənilib, operativ həlli məqsədi ilə aidiyyəti üzrə tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Sevinc İBRAHİMZADƏ