Bu səfirlərimiz geri ÇAĞIRILDI

 16:38 20.12.2024     85

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Prezidentin digər Sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezidentin daha bir Sərəncamına görə, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Lestedə, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.