Qarabağda və Şərqi Zəngəzurda 30 minə yaxın insan yaşayır - RƏSMİ

 14:36 25.12.2024     606

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən 2444 ailə 9458 nəfər keçmiş məcburi köçkün yaşayır.

Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən