AZAL-ın təyyarəsinin konstruksiyaları sökülməyə başladı

 10:20 26.12.2024     167

Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarənin konstruksiyaları sökülməyə başlayıb. Fəsadların aradan qaldırılmasında 306 nəfər iştirak edir.

Redaktor.az bu barədə "tenqrinews"a istinadən xəbər verir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə kinoloqlar da cəlb olunub.

Ölənlərdən 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü olmaqla 38 nəfərin cəsədi məhkəmə-tibbi ekspertiza mərkəzinə təhvil verilib, o cümlədən 7 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, dünən xilasedicilər qara qutunu aşkar ediblər. Hadisə yerində 24 saatlıq növbətçilik təşkil edilib.

Sevinc İBRAHİMZADƏ