7 nəfərin şəxsiyyəti müəyyənləşdi - Aralarında Hökümə də VAR

 10:54 26.12.2024     212

Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Redaktor.az “tengrinews.kz”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.

Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksandr, həmçinin stüardessa Hökümə Əliyeva da var.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.