AZAL prezidentindən təyyarənin dronla vurulması iddiasına REAKSİYA
AZAL-ın prezidenti Samir Rzayev Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin dronla vurulub-vurulmaması məsələsindən danışıb.
Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, S.Rzayev hələ bu kimi iddialarla bağlı konkret fikir bildirməyin mümkün olmadığını qeyd edib.
“Hələ heç bir iddia ilə bağlı konkret söz demək mümkün deyil. Hələ ki müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - deyə AZAL-ın prezidenti əlavə edib.