NATO qəzanı hərtərəfli araşdırmaya çağırdı

 16:49 26.12.2024     468

NATO-nun sözçüsü Farah Daxlallah Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı başsağlığı verib və qəza ilə bağlı "hərtərəfli araşdırmaya" çağırıb. 

Redaktor.az xəbər verir ki, bu barədə alyansın nümayəndəsi "X" sosial şəbəkəsində yazıb.

"Düşüncələrimiz və dualarımız Azərbaycan Hava Yollarının reysini həyata keçirən təyyarədə həlak olanların ailələri və qurbanları ilədir. Qəzada yaralananların tezliklə sağalmasını arzulayırıq və hərtərəfli araşdırmaya çağırırıq", - o yazıb.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarə heyəti təcili eniş tələb edib.