Xocalının Ballıca kəndinə növbəti köç yola SALINDI
Xocalı rayonunun Ballıca kəndinə ikinci köç yola salınıb.
Redaktor.az xəbər verir ki, köç bu gün - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutur.
Bu gün Ballıca kəndinə 21 ailənin - 119 nəfərin köçürülməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.
Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınıb.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, dekabrın 13-də 27 ailə - 152 nəfər Ballıca kəndinə köçürülüb.