Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - quru sərhədlər yenə bağlı qalacaq
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprel 2025-ci il saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bu o deməkdir ki, Naxçıvan-Türkiyə sərhədi istisna olmaqla, ölkənin quru sərhədləri daha 3 ay bağlı qalacaq.