Bakı-Mineralnıye Vodı təyyarəsi dron hücumu ilə əlaqədar geri QAYITDI

 12:51 27.12.2024     288

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Bu barədə Redaktor.az-a AZAL-dan bildirilib.

Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Qeyd edək ki, bu gün Ukraynanın dron hücumları ilə əlaqədar Rusiyanın bəzi aeroportlarının, o cümlədən Mahaçqala hava limanının fəaliyyəti məhdudlaşdırılıb.