AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları DAYANDIRDI - YENİLƏNİB

 16:24 27.12.2024     1449

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha 3 şəhəinə - Saratov, Nijni Novqoroq və Vladiqafqaza sabahdan uçuşları dayandırır.

13:19

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Rusiyanın 5 hava limanlarına reysləri dekabrın 28-dən dayandırır.

Redaktor.az AZAL-a istinadən xəbər verir ki, bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib.

Sabahdan Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar dayandırılır:

• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.

"Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Bununla yanaşı, aviaşirkət bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutaraq Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək", - məlumatda deyilir.