AZAL Rusiyanın yalnız bu şəhərlərinə uçuşlar EDƏCƏK

“Azərbaycan Hava Yolları" QSC (AZAL) Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşları davam etdirəcək.
Redaktor.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, dekabrın 28-dən AZAL Rusiyanın 5 şəhərinə - Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samaraya uçuşları dayandırıb.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.