Bakının bu qəsəbəsində su kəsiləcək - XƏBƏRDARLIQ

Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsinin bir hissəsinə axşam saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Redaktor.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, fasiləyə səbəb su xəttində təmir-bərpa işlərinin aparılmasıdır.